​Yerevandakı aksiyada tutulanlar arasında jurnalistlər də var

​Yerevandakı aksiyada tutulanlar arasında jurnalistlər də var Ermənistan polisi Yerevanın mərkəzində keçirilən oturaq etiraz aksiyasını dağıdıb
Region
23 İyun , 2015 10:10
​Yerevandakı aksiyada tutulanlar arasında jurnalistlər də var

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Ermənistan polisi Yerevanın mərkəzində keçirilən oturaq etiraz aksiyasını dağıdıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, aksiya dağıdılan zaman onlarla etirazçı tutulub. Onların arasında jurnalistlər də var.

Qeyd edək ki, iyunun 19-dan Ermənistanın Yerevan, Gümrü, Vanadzor şəhərlərində elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.

Aksiya iştirakçıları əllərində "Soyğuna yox!", "Əlini cibimizdən çək!" kimi şüarlar yazılan plakatlar tutublar.

Etirazçılar borclarını ödəməyəcəklərini bildiriblər. Aksiya iştirakçıları bəyan edib ki, əgər elektrik enerjisinin bahalaşması haqda qərar dəyişməzsə, o zaman hökumətin istefasını tələb edəcəklər. 

Xatırladaq ki, Ermənistan Elektrik Şəbəkəsi Rusiyanın "İnter RAO EES" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi