Yerevanda saxlanılan qruplaşma parlament və baş nazirə hücum planlaşdırıb

Yerevanda saxlanılan qruplaşma parlament və baş nazirə hücum planlaşdırıb Ermənistan MTX-nin əməkdaşları polislə birgə Yerevan ətrafında evlərin birində silahlı dəstə saxlayıb
Region
26 Noyabr , 2015 12:20
Yerevanda saxlanılan qruplaşma parlament və baş nazirə hücum planlaşdırıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Dünən İrəvanda zərərsizləşdirilən silahlı qruplaşma parlamentə və Ermənistanın baş nazirinə hücum etməyi planlaşdırıb. "Report" xəbər verir ki, bu barədə "Aykakan jamanak" qəzeti öz mənbələrinə istinadən xəbər verib.

"Qruplaşma Ermənistan Milli Məclisində müəyyən tədbirlər həyata keçirməyi planlaşdırırdı. Onların digər hədəfi isə baş nazir Ovik Abraamyan idi", - məqalədə qeyd olunur.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birgə paytaxt Yerevan ətrafında evlərin birində silahlı dəstə saxlayıb. MTX-nin mətbuat xidmətinin məlumatına görə, cinayətkar qruplaşma Ermənistan ərazisində bir sıra ağır cinayətlər törətməyi planlaşdırırdı. Qrupa əsasən işsiz olan 19 Ermənistan vətəndaşının daxil olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi