Yerevanda PPX alayının binasını ələ keçirənlərlə polis arasında atışma olub

Yerevanda PPX alayının binasını ələ keçirənlərlə polis arasında atışma olub Binanı ələ keçirən qruplaşma üzvlərindən biri yaralanıb
Region
29 İyul , 2016 17:27
Yerevanda PPX alayının binasını ələ keçirənlərlə polis arasında atışma olub

Bakı. 29 iyul. REPORT.AZ/ Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşma ilə polis arasında atışma baş verib. Nəticədə binanı ələ keçirən qrup üzvlərindən biri - Araik Xandoyan yaralanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Təsis parlamenti" müxalifət hərəkatının üzvü Syuzan Simonyan "Facebook" səhifəsində yazıb.

Ermənistan KİV-inin yazdığına əsasən, A.Xandoyan ayağından snayperlə vurulub. Ermənistan polisində bu faktı təsdiq ediblər. Verilən məlumata görə, qruplaşma üzvləri hüquq-mühafizə orqanlarının tələblərini pozaraq PPX alayının binasında atəş açıb və polisin buna cavabı nəticəsində atəş açanlardan biri yaralanıb. 

Son xəbərlər

Orphus sistemi