Yerevanda polis və vətəndaşlar arasında yaşanmış qarşıdurma ilə əlaqədar bir nəfər saxlanılıb

Yerevanda polis və vətəndaşlar arasında yaşanmış qarşıdurma ilə əlaqədar bir nəfər saxlanılıb Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti saxlanılanın Yerevan sakini A.Torosyan olduğunu açıqlayıb
Region
20 İyul , 2016 17:58
Yerevanda polis və vətəndaşlar arasında yaşanmış qarşıdurma ilə əlaqədar bir nəfər saxlanılıb

Bakı. 20 iyul. REPORT.AZ/ Yerevanda iyulun 19-da polis və vətəndaşlar arasında yaşanmış qarşıdurma ilə əlaqədar bir nəfər saxlanılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etdiyinə görə, Yerevan sakini, 1978-ci il təvəllüdlü A.Torosyan Cinayət Məcəlləsinin 316-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq saxlanılıb.

Qeyd edək ki, daha əvvəl qarşıdurmalar nəticəsində polis məmurlarının və mülki vətəndaşların xəsarət aldığı bildirilirdi. Qarşıdurma nümayişçilərin Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşmaya dəstək verməsi nəticəsində yaşanıb.

Son xəbərlər

Orphus sistemi