Yerevanda polis binasının ələ keçirilməsi faktı üzrə 47 nəfər saxlanılıb

Yerevanda polis binasının ələ keçirilməsi faktı üzrə 47 nəfər saxlanılıb Bu hadisə ilə əlaqədar iki maddə üzrə cinayət işi açılıb
Region
1 Avqust , 2016 15:43
Yerevanda polis binasının ələ keçirilməsi faktı üzrə 47 nəfər saxlanılıb

Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda post-patrul xidməti alayı binasının ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu iş üzrə 47 nəfər saxlanılıb və ya həbs olunub.

Cinayət işi binaların, tikililərin, nəqliyyat və rabitə vasitələrinin ələ keçirilməsi və silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz əldə edilməsi, satışı, saxlanılması, daşınması və ya üzərində gəzdirilməsi maddələri üzrə açılıb.

Son xəbərlər

Orphus sistemi