​Yerevanda məhbus intihar edib

​Yerevanda məhbus intihar edib Qor Qleçyan: "Kamera yoldaşları ona yardım etməyə cəhd göstəriblər"
Region
2 Mart , 2016 14:49
​Yerevanda məhbus intihar edib

Bakı. 2 mart. REPORT.AZ/ Yerevanda "Nubaraşen" cəza müəssisəsində 40 yaşlı məhbus özünü asaraq intihar edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu hadisəni ölkə Ədliyyə Nazirliyinin cəza müəssisələri yanında ictimaiyyətlə əlaqə bölməsinin rəisi Qor Qleçyan da təsdiqləyib.

Onun sözlərinə görə, məhkum həbsxana kamerasında tək olmayıb: "Kamera yoldaşları ona yardım etməyə cəhd göstəriblər. Sonra həkimi çağırıblar, ancaq onu xilas etmək mümkün olmayıb".

Hadisə ilə bağlı araşdırma aparılır. Məhbusun kimliyi açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi