Yerevanda KTMT ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Yerevanda KTMT ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan nümayəndə heyətləri Ermənistana gələcək
Region
15 Avqust , 2016 13:01
Yerevanda KTMT ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Bakı. 15 avqust. REPORT.AZ/ Avqustun 16-da Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, görüşdə iştirak etmək üçün Ermənistana Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan müdafiə nazirliklərinin nümayəndə heyətləri, eləcə də KTMT-nin baş katibi Nikolay Bordyuja və Birləşmiş Qərargahın rəisi, general-polkovnik Anatoli Sidorov gələcək.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan daxildir.

Son xəbərlər

Orphus sistemi