Yerevanda etiraz aksiyası keçirilir

Yerevanda etiraz aksiyası keçirilir Bölgələrdən ölkə paytaxtına gedən avtobuslar marşrutlardan çıxarılır
Region
1 Dekabr , 2015 15:32
Yerevanda etiraz aksiyası keçirilir

Bakı. 1 dekabr. REPORT.AZ/ Ermənistanın bölgələrindən gələnlərin konstitusiya islahatına qarşı Yerevanda keçirilən mitinqdə iştirakına mane olurlar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda aksiyanın təşkilatçısı olan "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahı məlumat yayıb. 

Məlumata görə, bölgələrdən Yerevana gedən avtobuslar marşrutlardan çıxarılır. Aksiya bu gün saat 18:00-da başlayacaq.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək. Dekabrın 1-də isə "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi hakimiyyətin istefası tələbilə müddətsiz etiraz aksiyası keçirməyi planlaşdırıb.

İngilis versiyası Protest is held in Yerevan

Son xəbərlər

Orphus sistemi