Yerevanda atışma zamanı yaralanan silahlı birləşmənin iki üzvü xəstəxanaya yerləşdirilib

Yerevanda atışma zamanı yaralanan silahlı birləşmənin iki üzvü xəstəxanaya yerləşdirilib Bu gün yaralanan silahlı birləşmənin üzvü Araik Xandoyan isə hələlik xəstəxanaya yerləşdirilməyib
Region
29 İyul , 2016 20:58
Yerevanda atışma zamanı yaralanan silahlı birləşmənin iki üzvü xəstəxanaya yerləşdirilib

Bakı. 29 iyul. REPORT.AZ/ Yerevanda atışma zamanı yaralanan post-patrul alayının binasını zəbt edən silahlı birləşmənin 2 üzvü xəstəxanaya yerləşdirilib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə iyulun 29-da Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

"Post-patrul xidmətinin ərazindən atəş açan və cavab atəşi nəticəsində yaralanan silahlı birləşmənin üzvləri Artur Melkonyan və Armen Lambaryan xəstəxanaya yerləşdirilib", -Aşot Aqaronyan Facebook səhifəsində yazıb. 

KİV-lərin yazdığına görə, ayaqdan yaralanan Melkonyan və Lambaryan "Erebuni" Tibb mərkəzinə gətirilib. Həftənin çərşənbə axşamı yaralanmış silahlı birləşmənin lideri Pavel Manukyan da burada müalicə edilir.

Bu gün yaralanan silahlı birləşmənin üzvü Araik Xandoyan isə hələlik xəstəxanaya yerləşdirilməyib.

Xatırladaq ki, iyulun 27-də Ermənistanın Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, silahlı birləşmə biri qadın olmaqla dörd təcili yardım işçisini gilov götürüb. Silahlılar ölkənin səhiyyə naziri Armen Muradyana müraciət edərək onun girovlarla dəyişdirilməsini tələb ediblər. Bir qədər sonra tibb işçilərindən biri buraxılıb.

Son xəbərlər

Orphus sistemi