Yerevanda aksiyaçılar Avropa İttifaqının bayrağını cırıblar

Yerevanda aksiyaçılar Avropa İttifaqının bayrağını cırıblar Onlar "Biz Avropanın vecinə də deyilik" şüarı səsləndiriblər
Region
3 İyul , 2015 10:19
Yerevanda aksiyaçılar Avropa İttifaqının bayrağını cırıblar

Bakı. 3 iyul. REPORT.AZ/ Ermənistan Milli Birlik Partiyasının lideri Paruyr Ayrikyan başda olmaqla bir qrupun Yerevanda etiraz aksiyası keçirilən Baqramyan prospektinə Avropa İttifaqının bayrağı ilə daxil olmasına imkan verilməyib.

"Report"un məlumatına görə, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Onlar etirazçıların barrikadasına yaxınlaşanda aksiyaçılar "Yalnız üçrəngli bayraq, bura Avropa deyil, Ermənistandır" şüarı səsləndiriblər. 

Məlumatda bildirilib ki, sonra etiraz aksiyasının iştirakçıları əlində Avropa İttifaqının bayrağını tutan qadın və kişiyə hücum edərək, bayrağı əllərindən alıb, cırıblar.

Bayrağı gətirənlər aksiyaçılara bunu deməyə çalışıblar: "Avropa İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşının sonuncu ümid yeridir". Ancaq etirazçılar bu qrupu "KQBeşnik" adlandırıb və "Biz Avropanın vecinə də deyilik"- deyə, qışqırıblar.

Paruyr Ayrikyan tərəfdarları isə "Ermənistan mədəni dünyanın bir parçası olmalıdır!" adlı elanı belə paylamağa imkan tapmayıb.

P.Ayrikyan etiraz aksiyasının iştirakçılarına xatırladıb ki, əgər polislə toqquşarlarsa, bu haqda Rusiya və Çin məhkəmələrinə deyil, məhz Avropa Məhkəməsinə müraciət etməli olacaqlar. 

Xatırladaq ki, Ermənistanda iyunun 19-dan etiraz aksiyaları keçirilir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

Son xəbərlər

Orphus sistemi