Yerevan polisi etiraz aksiyasında iştirak səbəbiylə 136 nəfəri saxlayıb

Yerevan polisi etiraz aksiyasında iştirak səbəbiylə 136 nəfəri saxlayıb Yerevanın Erebuni rayonunun polis bölməsi yaxınlığında meydana gələn iğtişaşlar dünən gecə başlayıb
Region
21 İyul , 2016 11:59
Yerevan polisi etiraz aksiyasında iştirak səbəbiylə 136 nəfəri saxlayıb

Bakı. 21 iyul. REPORT.AZ/ Yerevan polisi Ermənistanın paytaxtında etiraz aksiyasını dağıtdıqdan sonra 136 nəfəri saxlayaraq bölməyə aparıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iyulun 17-dən silahlı qruplaşmanın ələ keçirdiyi və post-patrul xidməti alayının bir neçə əməkdaşını girov saxladığı polis binası qarşısında baş vermiş iğtişaşlarda 50-dən çox adam tibbi yardım üçün müraciət edib.

Yerevanın Erebuni rayonunun polis bölməsi yaxınlığında meydana gələn iğtişaşlar dünən gecə başlayıb.

Polis binasını ələ keçirənləri dəstəkləməyə gələn fəallar polisə daş atıb. Polis isə bunun qarşılığını bibər qazından istifadə etməklə verib.

Son xəbərlər

Orphus sistemi