​Yerevan polisi "Azadlıq" meydanında keçirilən mitinq zamanı 25 aksiyaçını saxlayıb

​Yerevan polisi "Azadlıq" meydanında keçirilən mitinq zamanı 25 aksiyaçını saxlayıb Onlar yığıncaqların, yürüşlər keçirilməsi qaydasının pozulmasında ittiham edilirlər
Region
5 Avqust , 2016 02:10
​Yerevan polisi Azadlıq meydanında keçirilən mitinq zamanı 25 aksiyaçını saxlayıb

Bakı. 5 avqust. REPORT.AZ/ Yerevan polisi Ermənistan paytaxtının mərkəzindəki "Azadlıq" meydanında keçirilən aksiyada 25 etirazçını saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "İnterfaks" məlumat yayıb.

Ermənistan polisinin mətbuat xidmətindən agentliyə verilən məlumata görə, etiraz aksiyasında iştirak etmiş şəxslər yığıncaqların, yürüşlər keçirilməsi qaydasının pozulmasında ittiham edilirlər.

Qeyd edək ki, ötən ay Yerevanda polis polkunun binasını ələ keçirmiş silahlı şəxslərə dəstək aksiyası bir neçə gündür davam edir. Aksiyaçılar küçələrə çıxaraq etirazlareını ifadə etdikdən sonra "Azadlıq" meydanına toplaşırlar. 

Son xəbərlər

Orphus sistemi