Bakı. 14 may. REPORT.AZ/ "NATO təhdidlərin artdığı mövcud şəraitdə öz müttəfiqlərini bundan sonra da müdafiə edəcək". "Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberg deyib.
NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin Türkiyədə keçirilən toplantısının ikinci günündə çıxış edən baş katib bildirib ki, alyansın şərqdə və cənubda qonşusu olan bölgələrdə artan təhlükələri müzakirə edirlər: "Şərqdə Rusiya sərhədini dəyişmək üçün güc tətbiq edib, qonşularını qorxudur. Cənub sərhədlərimizdə isə terrorçuluq və zorakılıq görünməz həddə çatıb".