​Yəməndə qaçırılmış iranlı diplomat azad edilib

​Yəməndə qaçırılmış iranlı diplomat azad edilib O, tezliklə ölkəsinə dönəcək
Region
5 Mart , 2015 10:53
​Yəməndə qaçırılmış iranlı diplomat azad edilib

Bakı. 5 mart. REPORT.AZ/ Yəməndə qaçırılan İran diplomatı Nurəhməd Nikbaxt azad edilib.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

O, tezliklə ölkəsinə dönəcək.

Qeyd edək ki, İranın Yəməndəki səfirliyinin əməkdaşı N.Nikbaxt 2013-cü il iyulun 21-də ölkə paytaxtı Sənada yaşadığı evə gedərkən yoldan qaçırılıb.

Həmin vaxt heç bir təşkilat bunun məsuliyyətini üzərinə götürməmişdi.

Son xəbərlər

Orphus sistemi