XİN başçısı: "İran gəmisi Yəmən ərazisinə qanunsuz daxil olub"

XİN başçısı: "İran gəmisi Yəmən ərazisinə qanunsuz daxil olub" Riyad Yasin: "Baş verə biləcək bütün mənfi hadisələrin məsuliyyəti İranın üzərinə düşür"
Region
14 May , 2015 15:41
XİN başçısı: İran gəmisi Yəmən ərazisinə qanunsuz daxil olub

Bakı. 14 may. REPORT.AZ/ Yəmən İranla diplomatik əlaqələrin kəsilməsi məsələsini araşdırır. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Yəmənin xarici işlər naziri Riyad Yasin bildirib.

Məlumata görə, bu bəyanat İranın humanitar yardım gəmisinin Yəmənin dəniz limanına yan almasından sonra verilib. Xəbərdə bildirilib ki, Tehranın humanitar yardım gəmisi Yəmən ərazisinə daxil olmaq üçün nə ölkə rəsmilərindən, nə də ərəb koalisiyasından icazə almayıb.

Yəmən Xarici İşlər Nazirliyinin BMT-yə göndərdiyi məktubda məsuliyyət Tehranın üzərinə qoyulub: "İranın yük gəmisinin Yəmən sularına daxil olması nəticəsində baş verə biləcək bütün mənfi hadisələrin məsuliyyəti İranın üzərinə düşür".

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm Yəmənə humanitar yardım aparan İran gəmisinin yoxlanılmasına icazə verməyəcəklərini bildirib. Onun sözlərinə görə, İranın apardığı yardımlar BMT-nin humanitar yardımlar üzrə ofisinin koordinatorluğu ilə Yəmən xalqına paylanacaq.

Son xəbərlər

Orphus sistemi