Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada tutulub

Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada tutulub Onun ölkəsinə təhvil verilməsi məsələsinə baxılır
Region
26 Sentyabr , 2016 15:42
Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada tutulub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada "Domodedovo" hava limanında tutulub. 

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı gənc Domodedovo-Yemelyanov reysi ilə uçmaq istəyərkən saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin Taşir rayon polis bölməsi onun barəsində 2009-cu ildən axtarış elan edib.

Məlumata görə, onun ölkəsinə təhvil verilməsi məsələsinə baxılır.

Son xəbərlər

Orphus sistemi