Xəzəryanı ölkələr kənar silahlı qüvvələrinin regiona buraxılmaması haqqında razılığa gəliblər

Xəzəryanı ölkələr kənar silahlı qüvvələrinin regiona buraxılmaması haqqında razılığa gəliblər Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan qeyri-regional dövlətlərin silahlı qüvvələrinin regiona buraxılmamasına razılaşıblar
Region
26 Sentyabr , 2014 16:05
Xəzəryanı ölkələr kənar silahlı qüvvələrinin regiona buraxılmaması haqqında razılığa gəliblər
Bakı. 26 sentyabr. REPORT.AZ/ Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan qeyri-regional dövlətlərin silahlı qüvvələrinin regiona buraxılmaması haqqında razılığa gəliblər. Bu müddəa Xəzər sammiti nəticələrinə görə qəbul ediləcək siyasi bəyanat layihəsində əks olunub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu gün RF prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.  

"Xəzər sammiti üçün hazırlanan siyasi bəyanatda qeyri-regional dövlətlərin silahlı qüvvələrinin regiona buraxılmaması haqqında müddəa əksini tapıb. Bu məsələ ətrafında da xeyli məsləhətləşmələr aparılıb, lakin tərəflər bu prinsip  üzərində dayanıblar" - deyə, Y.Uşakov qeyd edib. 

Xəzəryanı ölkələrin dördüncü sammit sentyabr ayının 29-də Rusiyanın Həştərxan şəhərində keçirilicək.

Son xəbərlər

Orphus sistemi