Xüsusi nümayəndə: "İsraillə Türkiyənin anlaşmaqdan başqa yolu yoxdur"

Xüsusi nümayəndə: "İsraillə Türkiyənin anlaşmaqdan başqa yolu yoxdur" Dore Qold: "Danışıqlar doğru istiqamətdə inkişaf edir"
Region
29 Dekabr , 2015 09:59
Xüsusi nümayəndə: İsraillə Türkiyənin anlaşmaqdan başqa yolu yoxdur

Bakı. 29 dekabr. REPORT.AZ/ "Bir anlaşmanın uzaqda olmadığına inanıram, ancaq yekun bir tarix müəyyən edilməyib. Bölgədəki vəziyyət bizə önəmli məsələlərdə anlaşmaqdan başqa bir seçim yeri qoymayıb".

"Report" "Jerusalem post" qəzetinə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin baş direktoru Dore Qold Türkiyə ilə ölkəsi arasında danışıqlar prosesini dəyərləndirərəkən bildirib.

Onun sözlərinə görə, müzakirə ediləcək məsələlər var: "Danışıqlar doğru istiqamətdə inkişaf edir".

Qeyd edək, 2010-cu ildə Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin hücumu nəticəsində Türkiyənin 9 vətəndaşı qətlə yetirilib. Həmin hadisədən sonra iki dövlət arasında münasibət pozulub.  

Son xəbərlər

Orphus sistemi