Bakı. 18 may. REPORT.AZ/ Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç İranda səfərdədir.
"Report" xəbər verir ki, bu haqda "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, İran prezidenti Həsən Ruhani xorvatiyalı həmkarı xanım Kolinda Qrabar-Kitaroviçi Sadabad sarayında rəsmi mərasimlə qarşılayıb.
Kolinda Qrabar-Kitaroviç İslam Respublikasının qaydalarına uyğun olaraq başını yaylıqla bağlayıb.
Səfər çərçivəsində Kolinda Qrabar-Kitaroviçin İslam Respublikasının rəsmiləri ilə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsini, dünya, o cümlədən bölgədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir. Xorvatiya prezidentini iqtisadiyyat sahəsi üzrə məsul şəxslər və iş adamları müşayiət edir.