Xəzəryanı ölkələrin ikinci Media Forumu sentyabrda Həştərxanda keçiriləcək

Xəzəryanı ölkələrin ikinci Media Forumu sentyabrda Həştərxanda keçiriləcək Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılır
Region
24 May , 2016 10:56
Xəzəryanı ölkələrin ikinci Media Forumu sentyabrda Həştərxanda keçiriləcək

Bakı. 24 may. REPORT.AZ/ Xəzəryanı ölkələrin ikinci Media Forumu sentyabrın 22-23-də Həştərxanda keçiriləcək.

"Report" "Həştərxan-24"ə istinadən xəbər verir ki, tədbirə hazırlıq Həştərxan vilayətinin rəhbəri Konstantin Markelovla rabitə və KİV nazirinin müavini Aleksey Volin arasında müzakirə olunub.

Forumda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

Tədbirdə ikitərəfli və çoxtərəfli media əməkdaşlıq layihələri, Xəzəryanı ölkələrin KİV arasında əməkdaşlıq haqqında sazişlərin imzalanması müzakirə ediləcək, Həştərxan Universitetinin tələbələri ilə görüş keçiriləcək, eləcə də media sahəsinin inkişaf perspektivləri barədə ekspert müzakirələri aparılacaq.

Son xəbərlər

Orphus sistemi