Xəzəryanı ölkələr Türkmənistanda əməkdaşlıq məsələlərini müzakirə edəcək

Xəzəryanı ölkələr Türkmənistanda əməkdaşlıq məsələlərini müzakirə edəcək "Avaza" Milli turizm zonasında "Xəzər dənizi - davamlı inkişaf və idarəetmə" mövzusunda seminar keçiriləcək
Region
27 Fevral , 2016 16:45
Xəzəryanı ölkələr Türkmənistanda əməkdaşlıq məsələlərini müzakirə edəcək

Bakı. 27 Fevral. REPORT.AZ/ Xəzər dənizinin Türkmənistan sahillərində yerləşən "Avaza" Milli turizm zonasında 7-18 mart tarixlərində "Xəzər dənizi - davamlı inkişaf və idarəetmə" mövzusunda seminar keçiriləcək.

"Report" "Turkmenistan.ru"ya istinadən xəbər verir ki, müvafiq qərar hökumət iclasında Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən imzalanıb.

Regional seminar Türkmənistan, Azərbaycan, İran, Qazaxıstan və Rusiyanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı, Beynəlxalq Okeanlar İnstitutu və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin əməkdaşlığı ilə keçiriləcək.

Seminarın məqsədi Xəzər dənizi ölkələrinin ətraf mühitin mühafizəsi, regionun davamlı inkişafı məsələlərinin müzakirə edilməsi, eləcə də Xəzəryanı ölkələrin müvafiq müəssisələrində çalışan işçilərin təlimi və təkmilləşdirilməsi sahəsində əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin daha da inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi