"Xəzərin statusunun müəyyən edilməsi sahilyanı ölkələrin daha sıx ənməkdaşlığı üçün zəmin yarada bilər"

"Xəzərin statusunun müəyyən edilməsi sahilyanı ölkələrin daha sıx ənməkdaşlığı üçün zəmin yarada bilər" Bu sözləri İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhmipur deyib
Region
8 Mart , 2015 13:11
Xəzərin statusunun müəyyən edilməsi sahilyanı ölkələrin daha sıx ənməkdaşlığı üçün zəmin yarada bilər

Bakı. 8 mart. REPORT.AZ/ Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə əlaqədar hazırlanan konvensiyanın 6 bəndi razılaşdırılaraq qəbul edilib.

"Report"un AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Tehranda jurnalistlərin suallarını cavablandıran İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhmipur deyib.

Nazir müavini bildirib ki, Xəzər sahili dövlətlərin nümayəndələrinin martın 4-5-də Bakıda keçirdikləri müzakirələr faydalı olub. Mövqelərin prinsipcə yaxınlaşması müşahidə edilir. Xəzərin statusunun müəyyən edilməsi sahilyanı ölkələrin daha sıx ənməkdaşlıq əlaqələri qurulmasına səbəb ola bilər ki, bu da bütün tərəflərin mənafeyinə uyğundur.

İ.Rəhmipur diqqətə çatdırıb ki, müzakirələrdə ölkələrimiz arasında müşahidə olunan mövqe yaxınlaşması gələcəkdə danışıqların müsbət nəticələnməsinə əsas yaradır.

Son xəbərlər

Orphus sistemi