Bakı. 4 yanvar. REPORT.AZ/ Xəzərin Dağıstana aid hissəsində itkin düşən balıqçılar xilas edilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Dağıstanın Fövqəladə Halar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
*** 10:00
Xəzərin Dağıstan ərazisində iki qayıqda olan 8 balıqçı itkin düşüb. Hazırda onların axtarışları davam etdirilir.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Dağıstanın Fövqəladə Halar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km aralı Xəzərdə iki qayıqda 8 nəfər fəlakətlə üzləşib.
Axtarış-xilasetmə əməliyyatına iki helikopter, iki gəmi, 31 şəxsi heyət cəlb edilib.