Xəzər dənizində təlimlər keçirilir

Xəzər dənizində təlimlər keçirilir Təlimlər zamanı sualtı diversantlara qarşı mübarizə üsulları sınaqdan keçiriləcək
Region
2 Mart , 2015 13:07
Xəzər dənizində təlimlər keçirilir

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyanın Xəzər Donanmasının dalğıcları Dağıstanın Maxaçkala limanının yaxınlığında təlimlərə başlayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təlimlər zamanı həm yaxın döyüşdə, həm də silahdan istifadə etməklə sualtı diversantlara qarşı mübarizə üsulları sınaqdan keçiriləcək.

Təlimlərin növbəti mərhələsi silahlardan atəş açma hazırlığı üzrə olacaq. 

Bundan başqa, təlimlərdə "Qraçonok"  geniştəyinatlı diversiyalara qarşı katerin ekipajı da iştirak edir. 

Son xəbərlər

Orphus sistemi