​Xaricdə terrorçu qrupların tərkibində döyüşənlər Tacikistan vətəndaşlığından çıxarılacaq

​Xaricdə terrorçu qrupların tərkibində döyüşənlər Tacikistan vətəndaşlığından çıxarılacaq Xüsusi Təyinatlı Milis Dəstəsinin keçmiş komandanı Gülmurod Xalimov İŞİD-ə qoşulub
Region
24 İyun , 2015 12:03
​Xaricdə terrorçu qrupların tərkibində döyüşənlər Tacikistan vətəndaşlığından çıxarılacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Xaricdə terrorçu təşkilatların tərkibində döyüşən Tacikistan vətəndaşları avtomatik olaraq, vətəndaşlıq statusundan məhrum ediləcəklər.

"Report" Tacikistan KİV-inə istinadən xəbər verir ki, ölkə parlamentinin Aşağı Palatası "Tacikistan vətəndaşlığı haqqında" qanuna dəyişiklik edib və qanuna yeni maddə əlavə olunub. Məlumata görə, "Tacikistan vətəndaşlığı haqqında" qanun 1995-ci ildə qəbul olunub.

Qeyd edək ki, Tacikistan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinin keçmiş komandanı Gülmurod Halimov İŞİD-ə qoşulub. Ötən gün onun yaralandığı haqda xəbərlər də yayılıb. 

Son xəbərlər

Orphus sistemi