​Xamneyi: "Sanksiyaların saxlanılması nüvə anlaşmasını məhv edəcək"

​Xamneyi: "Sanksiyaların saxlanılması nüvə anlaşmasını məhv edəcək" Ayətullah Xamneyiyə yenidən ali rəhbər kimi etimad göstərilib
Region
3 Sentyabr , 2015 15:22
​Xamneyi: Sanksiyaların saxlanılması nüvə anlaşmasını məhv edəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Sanksiyaların saxlanılması nüvə anlaşmasının məhvi ilə nəticələnəcək".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyi bildirib.

O deyib ki, sanksiyalar dayandırılmamalı, bütövlükdə ləğv edilməlidir.

Qeyd edək ki, ayətullah Seyid Əli Xamneyi bu gün Dini Ekspertlər Şurasının (Məclise Xübreqan) üzvləri ilə görüşüb. Ümumxalq səsverməsi ilə formalaşan 86 nəfərlik bu qurum ali rəhbəri (hazırda bu vəzifəni ayətullah Seyid Əli Xamneyi tutur) seçir. Şuranın sədri ayətullah Məhəmməd Yəzdidir.

Bugünkü görüşdə şura üzvləri ayətullah Seyid Əli Xamneyiyə yenidən etimad göstərib.

Xatırladaq ki, Dini Ekspertlər Şurası İranın ali rəhbərini seçir. Şuranın 86 üzvü ümumxalq səsverməsi yolu ilə seçilir. Məhəmməd Yəzdidən öncə mərhum ayətullah Məhəmmədrza Məhdəvi Kəni Şuranın sədri olub.

Son xəbərlər

Orphus sistemi