​Xaməneinin müşaviri: "Rusiya təyyarəsini vurmaq Ankaraya baha başa gələcək"

​Xaməneinin müşaviri: "Rusiya təyyarəsini vurmaq Ankaraya baha başa gələcək" Rəhim Yəhya Səfəvi: "Türkiyə böyük strateji səhvə yol verib"
Region
27 Noyabr , 2015 19:33
​Xaməneinin müşaviri: Rusiya təyyarəsini vurmaq Ankaraya baha başa gələcək

Bakı. 27 noyabr. REPORT.AZ/ "Rusiya təyyarəsini vurmaq Ankaraya baha başa gələcək". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin hərbi məsələlər üzrə müşaviri, ölkənin keçmiş müdafiə naziri general-mayor Rəhim Yəhya Səfəvi İsfahanda İnqilab Keşikçiləri Qvardiyası şəxsi heyətinin qarşısındakı çıxışı zamanı bildirib.

Rəhim Səfəvi Rusiya təyyarəsinin vurulmasının Türkiyə üçün ciddi nəticələrinin olacağını söyləyib: "Ankara Rusiya təyyarəsini vurmaqla böyük strateji səhvə yol verib. Türkiyə bunun əvəzini ağır ödəyəcək". 

Son xəbərlər

Orphus sistemi