Bakı. 4 noyabr. REPORT.AZ/ " "Amerikaya ölüm" şüarı Amerika xalqına qarşı deyil, Amerikanın siyasətinə yönəlib".
"Report" AP-yə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri ayətulla Əli Xamenei bildirib.
Xamenei və İran hökuməti əvvəlki kimi ABŞ-a şübhə ilə yanaşır və onun siyasətinə ölkə üçün təhlükə mənbəyi kimi baxır. O, həmçinin təkrarən xəbərdarlıq edib ki, nüvə sazişinə baxmayaraq ABŞ-a etibar etmək olmaz.
Dini liderin fikrincə, Birləşmiş Ştatlar İranı məhv etmək üçün imkan əldə etdikdə "utanmayacaq".
"ABŞ siyasətinin mahiyyəti əvvəlkinin davamıdır və xalq bunu unutmayacaq", — deyə o bildirib.