WSJ: Türkiyə "İncirlik" bazasını ABŞ qırıcıları üçün açır

WSJ: Türkiyə "İncirlik" bazasını ABŞ qırıcıları üçün açır Bu barədə məlumatı The Wall Street Journal qəzeti Pentaqondaki mənbələrə istinadən yayıb
Region
24 İyul , 2015 01:47
WSJ: Türkiyə İncirlik bazasını ABŞ qırıcıları üçün açır

Bakı. 24 iyul. REPORT.AZ/ ABŞ-a məxsus qırıcı təyyarələr Türkiyənin cənub-şərqində yerləşən “İncirlik” hərbi bazasından İŞİD-lə mübarizə üçün istifadə edə biləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı The Wall Street Journal qəzeti Pentaqondaki mənbələrə istinadən yayıb.

Rəsmi olaraq təstiqlənməmiş məlumata əsasən, Vaşinqtonla Ankara arasında bir neçə ay davam edən danışıqlar prosesinin yekununda Türkiyə rəhbərliyi "İncirlik" bazasını "İŞİD"-ə qarşı istifadə etməyə icazə verib.

İddiaya görə, hərbi bazanın İŞİD-yə qarşı istifadəsinə dair son qərar ötən gün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Barak Obama arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

Son xəbərlər

Orphus sistemi