​Washington Times: "Rusiya və Türkiyənin Suriyadakı qarşıdurmasına Ermənistan da cəlb olunur"

​Washington Times: "Rusiya və Türkiyənin Suriyadakı qarşıdurmasına Ermənistan da cəlb olunur" Moskva Ermənistanda hərbi iştirakını artırır
Region
5 Mart , 2016 08:08
​Washington Times: Rusiya və Türkiyənin Suriyadakı qarşıdurmasına Ermənistan da cəlb olunur

Bakı. 5 mart. REPORT.AZ/ Rusiya və Türkiyə arasında toqquşma təkcə Suriya səmasında baş vermir. Bu həm də Qafqaz regionuna sirayət edib, burada yeni rus hərbçiləri dalğası Ermənistan istiqamətində hərəkət edir və bu, İrəvan və Ankara arasında on illərdir mövcud olan dondurulmuş münaqişəni alovlandıra bilər.

"Report" xəbər verir ki, bu barədə "The Washington Times" nəşri yazıb.

Rusiya prezidenti Vladimir Putinin noyabrda Türkiyənin rus qırıcısını vurmasından qəzəbləndiyini nəzərə alsaq, Moskvanın son bir neçə ayda Ermənistanda hərbi iştirakını artırdığını görə bilərik.

Ötən ilin dekabrında keçmiş kiçik Sovet Respublikası ilə səs-səmirsiz hava hücumundan müdafiə sazişinin imzalanmasından sonra, Moskva Ermənistan paytaxtı İrəvandan kənarda yerləşən Rusiya bazasına, ən azı 4 yeni "Miq-29" qırıcısı və bir sıra başqa hərbi texnika göndərdi.

Suriyadakı münaqişə gərginlik zonasını genişləndirməkdə, digər ölkələr arasında, məsələn İran və Səudiyyə Ərəbistanı, həmçinin Türkiyə və Rusiya arasında münasibətləri gərginləşdirməkdədir.

Rusiya mətbuatı fevralın ortalarında Ermənistana yeni qırıcı və vertolyot partiyası göndərməsinin Putin tərəfindən Türkiyə və NATO üçün xəbərdarlıq olduğunu yazırlar.

Son xəbərlər

Orphus sistemi