​Vyanada ABŞ-İran danışıqları başlayıb

​Vyanada ABŞ-İran danışıqları başlayıb Con Kerri: "Qarşıda görüləsi çoxlu ağır işlər var. Bəzi çətin məsələlər hələ qalmaqdadır"
Region
27 İyun , 2015 16:55
​Vyanada ABŞ-İran danışıqları başlayıb

Bakı. 27 iyun. REPORT.AZ/ "Qarşıda görüləsi çoxlu ağır işlər var. Bəzi çətin məsələlər hələ qalmaqdadır".

"Report " TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirəcəyi ikitərəfli görüşdən əvvəl bildirib.

Onun sözlərinə görə, tərəflər yekun nəticə əldə edilməsi üçün cəhdlər göstərirlər: "Fikrimcə, hamı yekun razılaşma sənədini görmək istəyir. Ancaq bir sıra mürəkkəb məsələləri həll etməliyik".

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə yekun sənəd üçün çox işləməyin lazım olduğunu vurğulayıb: "Biz mümkün olanı etməyə hazırıq. Ancaq bizdən asılı olmayan amillər var. Biz onlarla da məşğul olacağıq".

Qeyd edək ki, iyunun 27-də Vyanada ABŞ-İran görüşü başlayıb. Görüş İranın nüvə proqramına həsr edilib. Bu il iyunun 30-dək məsələyə dair yekun sənəd imzalanmalıdır. İkitərəfli görüşdə ABŞ-ı dövlət katibi Con Kerri, energetika naziri Ernest Moniz, İranı xarici işlər naziri Məhəmməd Cavad Zərif və onun müavini Abbas Əraqçı təmsil edirlər.

Son xəbərlər

Orphus sistemi