Volqo-Xəzər kanalında İrana məxsus teploxodda yanğın baş verib

Volqo-Xəzər kanalında İrana məxsus teploxodda yanğın baş verib Göyərtəsində 11 nəfər olan teploxod Həştərxan-Ənzəli marşrutu istiqamətində hərəkət edirmiş
Region
27 Yanvar , 2016 10:22
Volqo-Xəzər kanalında İrana məxsus teploxodda yanğın baş verib

Bakı. 27 yanvar. REPORT.AZ/ Volqo-Xəzər kanalının 128 kilometrliyində İranın "Nardiz" adlı teploxodunda yanğın baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Göyərtəsində 11 nəfər olan teploxod Həştərxan-Ənzəli marşrutu istiqamətində hərəkət edirmiş. 

Son xəbərlər

Orphus sistemi