Vladimir ​Putin: "Suriyanın daxili işinə qarışmayacağıq"

Vladimir ​Putin: "Suriyanın daxili işinə qarışmayacağıq" "Bizim əsas işimiz hazırda terrorçuluğa qarşı mübarizə aparan qanuni hakimiyyətə mübarizədə yardım etməkdir"
Region
25 Yanvar , 2016 17:57
Vladimir ​Putin: Suriyanın daxili işinə qarışmayacağıq

Bakı. 25 yanvar. REPORT.AZ/ "Rusiya Suriyanın daxili işlərinə qarışmayacaq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sverekafkaz Universiteti tələbələrinin qarşısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Moskva Suriya və bölgənin başqa dövlətlərinin qarşılarında duran ölkələrin gələcək quruluşu kimi problemlərin həllinə müdaxilə etməyə hazırlaşmır: "Bizim əsas işimiz hazırda terrorçuluğa qarşı mübarizə aparan qanuni hakimiyyətə (Bəşşar Əsədi nəzərdə tutur - "Report") mübarizədə yardım etmək, terrorçuları Suriya torpaqlarında zərərsizləşdirməkdir". 

Son xəbərlər

Orphus sistemi