Vladimir Putin Silahlı Qüvvələrin döyüş hazırlığının qəfil yoxlanışını keçirməyi tapşırıb

Vladimir Putin Silahlı Qüvvələrin döyüş hazırlığının qəfil yoxlanışını keçirməyi tapşırıb Yoxlama Cənub, Qərb və Mərkəz dairələrinə, eləcə də Şimali Donanması və HKQ və HDQ baş komandanlıqlarına şamil olunacaq
Region
25 Avqust , 2016 12:16
Vladimir Putin Silahlı Qüvvələrin döyüş hazırlığının qəfil yoxlanışını keçirməyi tapşırıb

Bakı. 25 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin döyüş hazırlığının qəfil yoxlanışını həyata keçirməklə bağlı tapşırıq verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yoxlama Cənub, Qərb və Mərkəz dairələrinə, eləcə də Şimali Donanması və HKQ və HDQ baş komandanlıqlarına şamil olunacaq.

Rusiya müdafiə naziri Sergey Şoyqunun bildirdiyinə görə, qəfil yoxlama Silahlı Qüvvələrin böhran vəziyyətini lokallaşdırmaq qabiliyyətini göstərəcək.

Bundan əlavə, S.Şoyqu xarici hərbi attaşelərə qəfil yoxlama barədə məlumat verilməsini tapşırıb.

Son xəbərlər

Orphus sistemi