Vladimir Putin: "Rusiya AİB və İpək Yolunun tərəfdaşlıq ideyasını irəli sürüb"

Vladimir Putin: "Rusiya AİB və İpək Yolunun tərəfdaşlıq ideyasını irəli sürüb" "Rusiya, eləcə də BRICS üzrə tərəfdaşlarımız açıq iqtisadi məkanların yaradılması fikrinə sadiqdir"
Region
13 Oktyabr , 2016 11:22
Vladimir Putin: Rusiya AİB və İpək Yolunun tərəfdaşlıq ideyasını irəli sürüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Avrasiya İqtisadi Birliyi və İpək Yolu layihəsinin tərəfdaşlıq etməsi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinin də iştirakı ilə böyük Avrasiya əməkdaşlığının yaradılması üçün əsas ola bilər".

"Report" xəbər verir ki, bunu RİA "Novosti"yə müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

"Rusiya, eləcə də BRICS (Braziliya-Rusiya-Hindistan-Çin-Cənubi Afrika) üzrə tərəfdaşlarımız ayrı-seçkilik xarakteri daşımayan və ÜTT-nin prinsiplərinə əsaslanan açıq iqtisadi məkanların yaradılması fikrinə sadiqdir", - deyə V.Putin bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Rusiya tərəfi Avrasiya İqtisadi Birliyi ilə İpək Yolu iqtisadi kəməri arasında tərəfdaşlıq ideyasını irəli sürüb.

V.Putin əlavə edib ki, bu təşəbbüsün reallaşması BRICS ölkələrinin potensialından istifadə edilməsi zamanı mümkün ola bilər.

Son xəbərlər

Orphus sistemi