Vladimir Putin Dumanın sədri vəzifəsinə PA-nın rəhbər müavininin namizədliyini təklif edib

Vladimir Putin Dumanın sədri vəzifəsinə PA-nın rəhbər müavininin namizədliyini təklif edib Putin: "Dmitri Medvedevlə birlikdə Vyaçeslav Volodinin namizədliyinin dəstəklənməsini xahiş edəcəyik"
Region
23 Sentyabr , 2016 14:43
Vladimir Putin Dumanın sədri vəzifəsinə PA-nın rəhbər müavininin namizədliyini təklif edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin VII çağırış Dövlət Dumasının deputatlarına parlamentin aşağı palatasının sədri vəzifəsinə Prezident Administrasiyasının rəhbər müavini Vyaçeslav Volodinin namizədliyini təklif edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Əlbəttə, bu, sırf olaraq deputatların işidir. Amma Dmitri Anatolyeviç (Medvedev - Rusiyanın baş naziri) ilə birlikdə hər halda deputatlardan Vyaçeslav Volodinin namizədliyinin dəstəklənməsini xahiş edəcəyik", - deyə V.Putin fraksiya liderlərinə müraciətində bildirib.

Qeyd edək ki, bundan əvvəl Dumanın sədri olan Sergey Narışkin dünən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub.

Son xəbərlər

Orphus sistemi