Vladimir Putin: "Biz Türkiyəni dost hesab edirik"

Vladimir Putin: "Biz Türkiyəni dost hesab edirik" "Dünya ölkələrinin əksəriyyəti ilə yaxşı əlaqələrimiz var"
Region
14 Aprel , 2016 12:59
Vladimir Putin: Biz Türkiyəni dost hesab edirik

Bakı. 14 aprel. REPORT.AZ/ "Biz düşmən əhatəsində deyilik və olmayacağıq da. Çünki dünya ölkələrinin əksəriyyəti ilə yaxşı əlaqələrimiz var".

"Report" xəbər verir ki, bunu rəsmi Moskva ətrafında ona qarşı olan ölkələrin dairəsinin genişlənməsiylə bağlı məsələni şərh edərkən Rusiya prezidenti Vladimir Putin deyib.

"Bizim qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərimiz var. Biz Türkiyəni də dost hesab edirik və onlarla mehriban qonşuluq münasibətləri quracağıq. Bizim qeyri-adekvat hesab etdiyimiz bəzi siyasətçilərlə problemlərimiz var və buna müvafiq reaksiya göstəririk. Amma yenə də biz sakit tərzdə işləyirik", - deyə V.Putin bildirib.

Son xəbərlər

Orphus sistemi