Vəli Küçük Paşanın qızı həbs edilib

Vəli Küçük Paşanın qızı həbs edilib General qızı "xidməti vəzifəsini icra edən dövlət məmurunu təhqir etmək" maddəsinə əsasən ittiham olunub
Region
16 Dekabr , 2014 11:51
Vəli Küçük Paşanın qızı həbs edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ "Ergenekon" məsələsində 99 il azadlıqdan məhrum edilmiş, təqaüdçü, hazırda azadlıqda olan briqada generalı Vəli Küçük Paşanın qızı vəkil Zeynəb Küçük həbs edilib.

"Report" "CNNTurk"ə istinadən xəbər verir ki, Ali Məhkəmə 2012-ci ildə Zeynəb Küçük barəsində çıxarılmış bir il 15 günlük həbs cəzasını təsdiqləyib.

O, "Ergenekon" işində Türkiyə İşçi Partiyasının baş katibi Doğu Perincikin vəkili olub və onun müavindir.

General qızı "xidməti vəzifəsini icra edən dövlət məmurunu təhqir etmək" maddəsinə əsasən ittiham olunub.

Son xəbərlər

Orphus sistemi