Valeri Gerasimov: "MDB ölkələrinin sərhədlərində vəziyyət sabit deyil"

Valeri Gerasimov: "MDB ölkələrinin sərhədlərində vəziyyət sabit deyil" "Yaranmış çətin vəziyyətdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək zəruridir"
Region
29 Sentyabr , 2016 14:08
Valeri Gerasimov: MDB ölkələrinin sərhədlərində vəziyyət sabit deyil

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov MDB ölkələrini terrorizmə qarşı mübarizədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə çağırıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Birliyin xarici sərhədlərində vəziyyətin sabit olmadığını nəzərə alsaq, qarşımızda MDB məkanında terrorizmin yayılmasının qarşısını almaq kimi ortaq tapşırıq durur", - deyə V.Gerasimov Sankt-Peterburqda keçirilən MDB ölkələrinin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında bildirib.

O, yaranmış çətin vəziyyətdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyin zəruriliyini vurğulayıb. V.Gerasimov həmçinin qeyd edib ki, MDB formatında hərbi əməkdaşlıq geniş spektrli istiqamətlərdə qarşılıqlı əlaqəni uğurla inkişaf etditməyə şərait yaradır.

V.Gerasimovun fikrincə, belə əməkdaşlıq üçün hüquqi baza MDB ölkələrinin müddəti 2020-ci ilə qədər olan hərbi əməkdaşlıq konsepsiyasıdır.

Qeyd edək ki, bu görüşdə iştirak etmək Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Rusiya müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburqa gedib.

Son xəbərlər

Orphus sistemi