Bakı. 11 dekabr. REPORT.AZ/ "Mənim davranışım Avropasayağı deyil, daha pis üsul idi. Çünki Yatsenyuk getməzsə, onu adamların qovacaqlarından qorxuram".
"Report" UNİAN agentliyinə istinadən xəbər verir ki, Ukrayna parlamentinin "Pyotr Poroşenko Bloku"nun "Solidarnost" deputat fraksiyasının üzvü Oleq Barna ölkənin baş naziri Arseniy Yatsenyuka ali qanunverici orqanda hücumunun səbəbini izah edərkən deyib.
"Yarım ildə siyasi reytinqi sıfıra düşən baş nazir avtomatik olaraq istefaya getməlidir. Razılaşmaları yerinə yetirməyən baş nazir istefa verməlidir", - O.Barna vurğulayıb.
O, hökumətin istefasını deputatların imzalamasından da narazı qaldığını vurğulayıb: "Yatsenyuku tənqid edənlər hökumətin istefası sənədini imzalayıb-imzalamayacaqlarını iki həftədir fikirləşirlər".
Qeyd edək ki, əlində gül dəstəsi tutan Oleq Barna bu gün parlamentdə hökumətin proqramını açıqlayan zaman Ukrayna baş naziri Arseniy Yatsenyuka hücum edib.
Qeyd edək ki, Oleq Barna baş nazirə hücum etdiyi üçün "Pyotr Poroşenko Bloku" fraksiyasının üzvlyündən xaric olunub.