​Ukraynada rusiyalı diplomat rüşvət verərkən saxlanılıb

​Ukraynada rusiyalı diplomat rüşvət verərkən saxlanılıb Onun "arzuedilməz şəxs" elan edilməsi məsələsinə baxılır
Region
18 İyun , 2016 13:16
​Ukraynada rusiyalı diplomat rüşvət verərkən saxlanılıb

Bakı. 18 iyun. REPORT.AZ/ Ukrayna Təhlükəsizlik Xidmətinin (TX) əməkdaşları Xarkovda rusiyalı diplomatı yerli polisə rüşvət verərəkən tutublar.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, saxlanılan kişi özünü RF-nin Xarkovdakı Baş Konsulluğunun diplomatı olduğunu söyləyib, pasportunu və akkreditasiya kartını TX əməkdaşlarına təqdim edib.

Məlumata görə, o, özü və xarici ölkənin digər diplomatı üçün sürücülük vəsiqəsi əldə etmək istəyib. Bunun üçün rusiyalı diplomat polisə 400 dollar məbləğində rüşvət təklif edib.

Xəbərə əsasən, rusiyalı diplomatın Ukrayna üçün "arzuedilməz şəxs" ("persona non-grata") elan edilməsi məsələsinə baxılır.

Son xəbərlər

Orphus sistemi