Bakı. 25 may.
"Report" xəbər verir ki, bu haqda UNİAN agentliyi məlumat yayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində həbsdə olan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əvf edilməsi haqda fərman imzalayıb. Onlar Rusiyada həbsdə olan ukraynalı xalq deputatı Nadejda Savçenko ilə dəyişdirilib.
Qeyd edək ki, Rusiya məhkəməsi bu il martın 22-də Nadejda Savçenkoya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 22 il həbs cəzası vermişdi. O, Ukraynanın Donbas bölgəsində rusiyalı iki jurnalistin ölümündə iştirak etməkdə ittiham olunurdu.