​Ukrayna və Türkiyə Rusiyanın Suriyadakı fəaliyyətini pisləyib

​Ukrayna və Türkiyə Rusiyanın Suriyadakı fəaliyyətini pisləyib Poroşenko: "Rusiyanın Suriyadakı hərəkətləri dinc əhali arasında çoxsaylı itkilərə səbəb olub"
Region
10 Mart , 2016 03:11
​Ukrayna və Türkiyə Rusiyanın Suriyadakı fəaliyyətini pisləyib

Bakı. 10 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko qeyd edib ki, Kiyev və Ankara Rusiyanın Suriyadakı qanunsuz fəaliyyətini pisləyib.

"Report" xəbər verir ki, bu barədə o, Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz danışıqlar zamanı Rusiyanın Suriyadakı hərəkətlərini, xüsusilə də dinc əhali arasında çoxsaylı qurbanlarla nəticələnən, humanitar böhranın güclənməsinə səbəb olan və qaçqınların sayının artmasına gətirib çıxaran bombardımanları qətiyyətlə pislədik", – deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi