​Ukrayna Türkiyə bazarında Rusiya taxılını əvəz etməyə hazırdır

​Ukrayna Türkiyə bazarında Rusiya taxılını əvəz etməyə hazırdır "Əgər Rusiya tədarükü dayandırırsa, o zaman ora ənənəvi tədarükçü Ukraynadır"
Region
27 Noyabr , 2015 23:13
​Ukrayna Türkiyə bazarında Rusiya taxılını əvəz etməyə hazırdır

Bakı. 27 noyabr. REPORT.AZ/ Ukraynanın Türkiyəyə taxıl tədarükləri Rusiya treyderləri tərəfindən ixrac dayandırılacağı təqdirdə arta bilər.

"Report" "İnterfax-Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukrayna Taxıl Assosiasiyasının prezidenti Vladimir Klimenko bildirib.

"Əgər Rusiya tədarükü dayandırırsa, o zaman ora ənənəvi tədarükçü Ukraynadır. Bizim ora göndərmək üçün məhsulumuz var. Həm də, təkcə buğda və qarğıdalı deyil, eləcə də günəbaxan yağı", — deyə Klimenko əlavə edib.

Son xəbərlər

Orphus sistemi