​Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin rəhbələrindən biri Rusiyaya casusluqda ittiham olunur

​Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin rəhbələrindən biri Rusiyaya casusluqda ittiham olunur Vasili Qritsak: "Xüsusi xidmət orqanları sırasında təmizləmə işləri davam edir"
Region
27 İyun , 2015 13:14
​Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin rəhbələrindən biri Rusiyaya casusluqda ittiham olunur

Bakı. 27 iyun. REPORT.AZ/ Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin Kiyev şəhəri və vilayəti Baş İdarəsinin rəhbərlərindən biri dövlətə xəyanət ittihamı ilə həbs olunub.

"Report" "UTT" agentliyinə istinadən xəbər verir ki, bu haqda Təhlüksəzilik Xidməti İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, saxlanılan təhlükəsizlik xidməti əməkdaşlarından biri Rusiya xüsusi xidmət orqanlarına casusluq etməkdə, məlumatlar ötürməkdə ittiham olunur. Ona görə də həmin məmura Ukrayna Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin müvvəqəti sədri Vasili Qritsak bildirib ki, qurumun başqa əməkdaşlarının xarici dövlətlərə işləmələri ehtimalı ilə bağlı da yoxlama aparılır. 

O deyib ki, xüsusi xidmət orqanları sırasında təmizləmə işləri davam edir.

Son xəbərlər

Orphus sistemi