​Ukrayna prezidenti Putinə məktub ünvanlayıb

​Ukrayna prezidenti Putinə məktub ünvanlayıb Vəkilləri Nadejda Savçenkonun saxlanılmasının ev dustaqlığı ilə əvəz olunması haqda Rusiya məhkəməsinə müraciət də ediblər
Region
4 Mart , 2015 18:57
​Ukrayna prezidenti Putinə məktub ünvanlayıb

Bakı. 4 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb.

"Report" xəbər verir ki, bu haqda "UNİAN" məlumat yayıb.

Həmin məktubda Ukrayna lideri həmkarından 80 gündən artıqdır Rusiyada təcridxanada aclıq aksiyası keçirən ukraynalı təyyarəçi Nadejda Savçenkonun azadlığa buraxılmasına çağırış edib.

Xatırladaq ki, N.Savçenko rusiyalı jurnalistlərin ölmündə iştirakda şübhəli bilinir. O, 2014-cü ilin yayından Moskvada "Matrosskaya tişina" istintaq təcridxanasında saxlanılır. 2014-cü il dekabrın 13-dən ukraynalı təyyarəçi qanunsuz saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirir. Vəkilləri N.Savçenkonun saxlanılmasının ev dustaqlığı ilə əvəz olunması haqda Rusiya məhkəməsinə müraciət də ediblər.

Məlumatda bildirilib ki, Pyotr Poroşenko İtaliyanın baş nazirindən Rusiya prezidenti ilə görüşdə Nadejda Savçenkonun azadlığa buraxılması məsələsini qaldırmasını istəyib. 

Son xəbərlər

Orphus sistemi