​Ukrayna prezidenti İsraildə səfərdədir

​Ukrayna prezidenti İsraildə səfərdədir Pyotr Poroşenko İsrail parlamentində çıxış edəcək
Region
22 Dekabr , 2015 11:32
​Ukrayna prezidenti İsraildə səfərdədir

Bakı. 22 dekabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko İsraildə dövlət səfərindədir.

"Report" UNN-ə istinadən xəbər verir ki, bu haqda Pyotr Poroşenko "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"İsrailə dövlət səfərim başlayıb", - o, vurğulayıb.

Səfər iki gün davam edəcək.

Ukrayna prezidentinin səfər çərçivəsində İsrail prezidenti Reuven Rivlin, baş nazir Binyamin Netaniyahu, knessetin (parlamenti) sədri Yoel Edelşteyn və Qüdsün partiarxı III Teofillə görüşəcəyi gözlənilir.

Pyotr Poroşenko İsrail parlamentində çıxış edəcək.

Səfər zamanı ikitərəfli sənədlərin imzalancağı da gözlənilir. 

Son xəbərlər

Orphus sistemi