Ukrayna parlamenti qarşısında törədilən partlayışda 2 asayiş keşikçisi ölüb

Ukrayna parlamenti qarşısında törədilən partlayışda 2 asayiş keşikçisi ölüb Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, Ali Radanın binası qarşısına qumbara atan şəxs həbs olunub
Region
31 Avqust , 2015 17:31
Ukrayna parlamenti qarşısında törədilən partlayışda 2 asayiş keşikçisi ölüb

Bakı. 31 avqust. REPORT.AZ/ Ukrayna Ali Radasının binası qarşısında baş verən partlayış nəticəsində iki asayiş keşikçisi ölüb.

"Report" "UNN"ə istinadən xəbər verir ki, bu haqda Ukraynanın hüquq-mühafizə orqanları məlumat yayıb. 

Məlumata görə, partlayış nəticəsində asayiş keşikçiləri ağır yaralanıblar və onların həyatını xilas etmək mümkün olmayıb. 

Parlamentin binası qarşısında baş verən iğtişaş nəticəsində yüzdən çox asayiş keşikçisi, Milli Qvardiya və Antiterror Əməliyyatı Dəstəsinin döyüşçüsü yaralanıb.

Ukraynanın daxili işlər naziri Arsen Avakov 30-a yaxın aksiyaçının, o cümlədən Ali Radanın binası qarşısına qumbara atanın həbs olundğunu bildirib.

Son xəbərlər

Orphus sistemi