​Ukrayna keçmiş baş nazirinin fraksiyası "Poroşenko"nun koalisiyasından çıxıb

​Ukrayna keçmiş baş nazirinin fraksiyası "Poroşenko"nun koalisiyasından çıxıb Valdimir Qroysman deyib ki, hökumətə etimadsızlıqla bağlı yaranmış vəziyyət siyasi böhranı daha da dərinləşdirib
Region
17 Fevral , 2016 14:08
​Ukrayna keçmiş baş nazirinin fraksiyası Poroşenkonun koalisiyasından çıxıb

Bakı. 17 fevral. REPORT.AZ/ Ukrayna parlamentindəki "Batkivşina" fraksiyası "Pyotr Poroşenko Bloku" (PPB) koalisiyasından çıxıb.

"Report" UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri, "Batkivşina" blokunun lideri Yuliya Timoşenko fevralın 17-də keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, keçmiş baş nazirin bloku PPB-dən çıxsa da koalisiya dağılmayacaq. Çünki "Xalq Cəbhəsi" və "Samopomiç" fraksiyalarının birlikdə 243 səsi var. Koalisiya isə 226 səs qaldığı halda dağıla bilər.

Xəbərə əsasən, parlamentin sədri Vladimir Qroysman deyib ki, hökumətə etimadsızlıqla bağlı yaranmış vəziyyət siyasi böhranı daha da dərinləşdirib.

Qeyd edək ki, ötən gün parlament Ukrayna hökumətinin işinə qeyr-kafi qiymət verib. Bununla belə Nazirlər Kabinetinə etimadsızlıq göstərilməyib. Bunu üçün 226 səs tələb olunub. Hökumətə etimadsızlığa isə 194 deputat səs verib. 

Son xəbərlər

Orphus sistemi