Türkmənistan prezidenti Türkiyəyə səfərini yarımçıq qoyub

Türkmənistan prezidenti Türkiyəyə səfərini yarımçıq qoyub Qurbanqulı Berdıməhəmmədov ölkəsinə geri qayıdıb
Region
5 Mart , 2015 05:17
Türkmənistan prezidenti Türkiyəyə səfərini yarımçıq qoyub

Bakı. 5 mart. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov anası Oqulabat Berdıməhəmmədovanın səhhətinin pisləşməsi ilə əlaqədar olaraq çərşənbə günü Türkiyəyə rəsmi səfərini vaxtından əvvəl başa vuraraq vətəninə geri qayıdıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkmən televiziyası məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmır.

Türkmənistan rəhbəri Ankaraya martın 3-də rəsmi səfər edib. Elə həmin gün onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqları baş tutub. Səfərin ikinci günü, Berdıməhəmmədov İstanbulda beynəlxalq investisiya forumunda iştiak etməli idi.

Son xəbərlər

Orphus sistemi